Əsas məzmuna keç

Suallar

Tez-tez verilən suallar

Cavabı tapmadınız? *2929-a zəng edin.

19 litr su qiyməti nə qədərdir?

19L su qiyməti birdəfəlik PET damacanda 5,50 ₼-dır, depozit yoxdur. Polikarbonat (PC) qabda suyun sifarişi və qiyməti telefonla: *2929. Kiçik həcmlər də var (5 litr, 10 litr): aktual qiymətlər məhsul səhifəsindədir.

Su sifarişini (su sifarisi) necə vermək olar?

Saytda məhsulu seçin, ünvanı yazın və ödəniş üsulunu göstərin. PC qabda sifariş və qiymət telefonla: *2929. Kuryer çatdırılmadan əvvəl sizinlə əlaqə saxlayır.

Bakıda su çatdırılması pulsuzdurmu?

Bəli. Çatdırılma Bakı, Sumqayıt və Abşeronda pulsuzdur. Minimum say şəhər daxilində 2, şəhərdən kənarda 4 qabdır.

Çatdırılma nə vaxt olur?

Sifariş ertəsi gün çatdırılır. Sifarişlər bazar ertəsindən cümə günü 9:00-dan 17:00-dək, şənbə günü 9:00-dan 14:00-dək qəbul edilir. Çatdırılma bazar ertəsindən cümə günü 9:00-18:00, şənbə günü 9:00-15:00 saatlarında olur, bazar günü çatdırılma yoxdur. Kuryer gəlməzdən əvvəl zəng edir.

PC və PET qabın fərqi nədir?

19 litrlik damacan iki cür olur. PET birdəfəlikdir: qaytarmaq lazım deyil, depozit yoxdur. PC təkrar istifadə olunan sərt qabdır. PC qabda su telefonla sifariş edilir: *2929.

PET qab üçün depozit varmı?

Yox. PET qab birdəfəlikdir, depozit yoxdur, boş qabı qaytarmaq lazım deyil. PC qabın şərtləri üçün *2929 nömrəsinə zəng edin.

Ofisə su çatdıra bilərsiniz?

Bəli. Ofislər üçün həftəlik qrafik qururuq: formanı doldurursunuz və ya zəng edirsiniz, menecer işçi sayına görə qabların sayını hesablayır, su razılaşdırılmış günlərdə gəlir. Ödəniş nağd və ya köçürmə (hesab-faktura) ilə.

Məhsulu geri qaytarmaq olarmı?

Açılmamış məhsulu 14 gün ərzində qaytarmaq olar, kuryer pulsuz götürür. Qab zədəlidirsə, qəbul etməyin və bizə yazın.

Necə ödəyə bilərəm?

Kuryerə nağd və ya saytda kartla.

Sifarişin statusunu necə öyrənim?

Sifariş nömrəsi və telefonla «Sifarişin statusu» səhifəsində və ya *2929-a zəng edərək.

Su haradan gəlir?

Xızı rayonunda, Dübrar dağının ətəyindəki bulaqdan.

Sualınız qaldı?

Qısa nömrəyə zəng edin və ya bizə yazın.