Keyfiyyət
Keyfiyyət və istehsal
Bir qab suyun keyfiyyəti mənbədən başlayır.
Keyfiyyətə nəzarət
Dübrar Su Zavodunda keyfiyyət və qida təhlükəsizliyi əsas prioritetlərdəndir. İstehsalın hər mərhələsində laborator analizlər aparılır, fiziki, kimyəvi və mikrobioloji göstəricilər mütəmadi olaraq yoxlanılır.
Mənbə suyu, istehsal prosesi və hazır məhsul beynəlxalq tələblərə uyğun laborator nəzarətindən keçirilərək istehlakçılara təqdim olunur.
Fransa Səhiyyə Nazirliyinin Paris Su Tədqiqat Mərkəzində aparılmış analizlərin nəticələrinə əsasən, Dübrar suyunun təmiz, təbii mineral süfrə suyu olduğu təsdiq edilmiş və istifadəsi tövsiyə edilmişdir.
İstehsal necə qurulub
Qapalı su yolu
Su heç bir mərhələdə hava ilə təmasda olmur.
Avropa avadanlığı
Tam avtomatik xətlərdə, əl dəymədən aparılır.
Altı mərhələli nəzarət
Altı nöqtədə yoxlanış aparılır.
İzlənə bilən partiyalar
Hər partiya izlənə bilir.
İstehsalat prosesi
Dübrar suyunun istehsalı mənbədən başlayan ciddi nəzarət sistemi əsasında həyata keçirilir. Su xüsusi gigiyenik tələblərə uyğun şəkildə zavoda çatdırılır və orada ardıcıl mərhələlərdən keçir.
- 01Mexaniki təmizləmə
- 02Qum və aktiv karbon filtrasiyası
- 03Ultrafiltrasiya (UF)
- 04Membran texnologiyası
- 05Ozonlaşdırma
Bu proseslər suyun təbii mineral tərkibini qorumaqla yanaşı, mikrobioloji təhlükəsizliyini də təmin edir. Daha sonra su tam avtomatlaşdırılmış dolum xətlərində müxtəlif həcmli butulkalara doldurulur, qapaqlanır, etiketlənir və qablaşdırıldıqdan sonra satışa göndərilir. İstehsalın bütün mərhələləri müasir avadanlıqlar vasitəsilə nəzarətdə saxlanılır.
Sertifikatlarımız
- Fransa


Paris Su Tədqiqat mərkəzi
Fransa Səhiyyə Nazirliyinin mərkəzində aparılan analiz nəticəsi.
- 2026

Keyfiyyət idarəetmə sistemi — ISO 9001:2015
Türkiyə Standartlar İnstitutu (TSE). Sertifikat № KY-7994/20, 03.01.2029-cu il tarixinədək etibarlıdır.
- 2026

Qida təhlükəsizliyi idarəetmə sistemi — ISO 22000:2018
Türkiyə Standartlar İnstitutu (TSE). Sertifikat № GY-762/19-R18, 31.12.2028-ci il tarixinədək etibarlıdır.
- 2026
Uyğunluq sertifikatı — təbii mineral su «DÜBRAR»
Azərbaycan Standartlaşdırma İnstitutu. AZS 216:2024 tələblərinə uyğundur. № AZS0031755/26, 28.07.2027-ci il tarixinədək etibarlıdır.
- 2026
Uyğunluq sertifikatı — PET butulka preformaları
Azərbaycan Standartlaşdırma İnstitutu. AZS 334-2009 tələblərinə uyğundur. № AZS0031754/26, 28.07.2027-ci il tarixinədək etibarlıdır.
Nəzarət necə aparılır
Su altı mərhələdə yoxlanılır.
- 01Mənbə suyu
- 02İstehsal prosesi
- 03Hazır məhsul

