Haqqımızda
Bir bulaqdan başlayan iş
Dübrar Sular bu gün ölkənin su sektorunda aparıcı markalardan biridir.
Şirkətimiz 1996-cı ildən etibarən "Dübrar" təbii bulaq suyunun istehsalı və satışını həyata keçirir. Dübrar Su öz mənbəyini Xızı rayonunun Altıağac qəsəbəsində, Böyük Qafqaz sıra dağlarının cənub-şərq hissəsində, dəniz səviyyəsindən 2205 metr yüksəklikdə yerləşən Dübrar dağ silsiləsinin daimi buzlaqlarından götürür.
Mənbə insan fəaliyyətindən uzaq, ekoloji cəhətdən təmiz ərazidədir. Bu, suyun təbii saflığını və keyfiyyətini qoruyur.
Dübrar Su təbii mineralların balanslaşdırılmış nisbəti olan bulaq suyudur. Təbii xüsusiyyətləri qorunsun deyə ona əlavə kimyəvi emal tətbiq olunmur, qablaşdırma isə beynəlxalq standartlara uyğun aparılır.
Üstünlüklərimiz
- Təbii bulaq mənbəyindən əldə olunur.
- Təbii mineral tərkibini qoruyur.
- Balanslaşdırılmış minerallıq səviyyəsinə malikdir.
- Əlavə kimyəvi emal olunmur.
- Müasir texnologiyalarla istehsal edilir.
- Beynəlxalq keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun istehsal olunur.
- Müntəzəm laborator analizlərdən keçirilir.
- Gündəlik su tələbatının sağlam şəkildə ödənilməsinə kömək edir.
Keyfiyyət
Hər partiya doldurmadan əvvəl və sonra yoxlanılır.
İnsanlar
Zavodda 100-ə qədər əməkdaş çalışır.
Missiyamız
Təbii mineral bulaq suyunun içilməsini ölkəmizdə və beynəlxalq aləmdə geniş təbliğ etmək və bu sahədə liderlik etmək.
İnsanlara təbii mineral bulaq suyu təqdim etməklə sağlam həyat tərzinə təşviq etmək.
Hüquqi şəxs: SADARAK, Firmasi · VÖEN: 9900020171

