Bir çox elm adamları hesab edirlər ki, bədəndə çox az su olduqda, insan istilik gərginliyinə dözümsüz olur.
Hər gün lazım olan su miqdarı insandan insana dəyişir.
“Dübrar” adlı su brendi bol minerallarla zəngin təbii bulaq suyudur. Soruşa bilərsiniz ki, bu su harada və necə aşkarlanıb? Bu su, 1996-cı ildə Xızı rayonu Altıağac qəsəbəsi Vardah kəndində aşkarlanıb.
Mənbəyini Böyük Qafqaz sıra dağlarının şərq yamacından 2500 m yüksəklikdə yerləşən daimi buzlaqlardan götürən Dübrar suyu, sağlamlıq üçün vacib olan minerallarla zəngindir. Bazarda çoxlu sayda içməli su növləri var. Hər kəs istədiyi suyu almaqda azaddır. Lakin “Dübrar” daha tanınan dada malikdir. Belə ki, “Dübrar” bulaq suyu olduğundan susuzluğu daha tez öldürür. pH-ı8.1-dir, neytraldır, qələvi deyil. Qablaşdırılmış mineral suyun qiymətli olmasının bir səbəbi, onun pH-nın 8.5-dən aşağı olmasıdır. Bu sular sərinləşdirici alkaqolsuz içkilər kimi, ağızda “təzə” dad yaradır.
Bir çox laboratoriya analizlərinə görə bu su həzmə kömək edir və orqanizmi illərdən bəri yığılıb qalmış duzlardan, toksinlərdən təmizləyir. “Dübrar” suyu eyni zamanda ölkə xaricində də öz keyfiyyəti ilə tanınır. Misal olaraq Fransa Səhiyyə Nazirliyinin Paris Su Tədqiqat mərkəzində aparılmış analizlərin nəticəsini göstərmək olar. Mərkəz “Dübrar”-ın təmiz, heç bir qarışığı olmayan mineral süfrə suyu olması qənaətinə gəlmiş və içilməsini tövsiyə etmişdir.Şirkətimiz “Dübrar su” çeşidlərini istehsal edərkən insanların sağlamlığını düşünür, gigiyena prinsiplərinə tam olaraq əməl edir.
Şirkət olaraq biznes əlaqələrində məsuliyyətli olmaqla yanaşı, həm də ətraf mühitin qorunmasına qarşı da hər zaman məsuliyyətli olmağı lazım bilirik. Buna görə də təbiətə qarşı həssaslıqla yanaşaraq istehsalat və satışın beynəlxalq standartlara uyğun olmasına və suyun mənbəyində ətraf mühitin təmiz saxlanılmasına diqqət yetiririk.
“Dübrar” suyunun tərkibindəki mineral maddələrin zənginliyi və yüngül olması onu hər kəsin içə biləcəyi deməkdir. Başqa sözlə, kiçik yaşlı uşaqlardan yaşlı nəsil insanlara qədər, hər kəs sudan müalicə məqsədi ilə də istifadə edə bilər.
Dübrar təbii mineral süfrə suyunun daha müasir texnologiya əsasında emalı üçün Türkiyə və Almaniya istehsalı olan avadanlıqlarla təchiz olunmuş yeni su zavodu istifadəyə verilmişdir.
Tam əminliklə deyə bilərik ki, təqdim etdiyimiz bu mineral su təmiz və qarışıqsızdır, həmçinin gigiyenik normalara tamamilə cavab verir.
Pulsuz çatdırılma