*2929

Qaradağ rayonu

Haqqqımızda

Haqqqımızda

Xızı rayonu ərazisində yerləşən, Böyük Qafqaz sıra dağlarının cənub - şərq hissəsindən keçən hündürlüyü 2205 metr olan, Dübrar dağının ətyindən gələn sağ su mənbəyi.

Dübrar Su

Mənbəyini Böyük Qafqaz sıra dağlarının şərq yamacından 2500 m yüksəklikdə yerləşən daimi buzlaqlardan götürən Dübrar suyu, həyat üçün, sağlamlıq üçün vacib olan minerallarla zəngin təbii bulaq suyudur. Bir çox laboratoriya analizləri də təsdiq etmişdir ki, bu su həzmə kömək edir və orqanizmi illərdən bəri yığılıb qalmış duzlardan, toksinlərdən təmizləyir. Dübrar suyu eyni zamanda ölkə xaricində də öz keyfiyyəti ilə tanınır. Fransa Səhiyyə Nazirliyinin Paris Su Tədqiqat mərkəzində aparılmış analizlərin nəticəsi Dübrar-ın təmiz, heç bir qarışığı olmayan mineral süfrə suyu olmasını göstərmiş və içilməsini tövsiyə etmişdir.

Şirkət olaraq biznes əlaqələrində məsuliyyətli olmaqla yanaşı, həm də ətraf mühitin qorunmasına qarşı da hər zaman məsuliyyətli olmağı lazım bilirik. Buna görə də təbiətə qarşı həssaslıqla yanaşaraq istehsalat və satışın beynəlxalq standartlara uyğun olmasına və suyun mənbəyində ətraf mühitin təmiz saxlanılmasına diqqət yetiririk.

DÜBRAR suyunun tərkibindəki mineral maddələrin zənginliyi və yüngül olması onun hər kəsin içə biləcəyi su olduğundan xəbər verir. Başqa sözlə, kiçik yaşlı uşaqlardan yaşlı nəsil insanlara qədər, hər kəs sudan müalicə məqsədi ilə də istifadə edə bilər. Dübrar təbii mineral suyu müasir texnologiya əsasında, Türkiyə və Almaniya istehsalı olan avadanlıqlarla təchiz olunmuş yeni zavodda istehsal olunur.

Viziyonumuz

Dübrar olaraq məqsədimiz, qanunlara və əxlaqi qaydalara uyğun davranan, ətraf mühitə və təbiətə əhəmiyyət verən, insan resurslarını diqqətlə qiymətləndirən, hər zaman araşdırma və inkişaf işləri ilə özünü və məhsullarını daimi inkişaf etdirən bir qrup olmaqdır.

Missiyamız

- insanlara təbii mineral bulaq suyu təqdim etməklə onların sağlamlığının qeydinə qalmaq
- müştərilərlə inteqrasiya olunaraq insanlar arasında sağlam həyatı təbliğ etmək
- ölkəmizdə və onun hüdudlarından kənarda yalnız saf və sağlam suyun içilməsinə nail olmaq

Dəyərlərimiz

İnsanlar - müştəri məmnunluğu
Əməkdaşlıq - hər bir şirkət və fərdlə qarşılıqlı faydalı şəkildə
Məsuliyyət - bir qab suyun keyfiyyəti üçün komandamızın hər bir üzvü məsuliyyət daşıyır
İstək - işimizi ürəklə və sevərək edirik
Cəsarət - daha yaxşı bir gələcək formalaşdırmaq
Cəsarət - istehsalatda və təqdimatda
Kreativlik - insanları kəşf edərək

Mineral suyumuzun əsas komponentləri və konsentrasiyası

Parametrlər Mq/L Faktiki göstəricilər Yol verilən hədd (AZS 282-2007, AR Sanitariya-epidemioloji qaydalar və normativlər 1.8.1.

Aktivlik (pH)

8.1

6.0 - 9.0

Kadmium

0

0.001

Qurğuşun

0

0.03

Arsen

0

0.05

Nitritlər

0

-

Fosfatlar

0

≤3.5

Kalsium, CA2+

2.59

0 - 51.9

Maqnezium, Mq2+

1.20

0 - 14.6

Natrium, Na+

0.20

0 - 4.5

Calium, K+

0.04

0 - 1.5

Əməkdaşlıq etdiyimiz şirkətlər

Bakı şəhəri üzrə istənilən ünvana gün ərzində çatdırılma

Pulsuz çatdırılma

Icon